Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14726-.html

İran yenidən ayağa qalxdı: 6 şəhərdə etiraz aksiyaları keçirilib – Hicabsız qadın hərəkatı

31.01.2018 01:06:04

Region

İranda hakim molla rejiminə qarşı kütləvi xalq etirazları yenidən qızışır.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, yanvarın 29-da ölkənin daha 6 şəhərində hakim dini rejimə qarşı etiraz aksiyaları keçirilib.

Məlumatlara əsasən, yanvarın 29-u axşam saatlarında İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində dinc etirazçılar küçələrə axışaraq, ölkəyə hakim molla rejiminə öz etiraz bildiriblər. Bəndər Abbas şəhərində etirazçılar, “Diktatora ölüm” və “Ey qeyrətli iranlı, bizə qoşul, dəstək ver” şüarları səsləndirərək molla hakimiyyətinə qarşı kəskin etirazlarını bildiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib