Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14728-.html

Tanınmış jurnalistin evində oğurluq - “Anamın əməliyyatı üçün yığdığım pulları və…”

31.01.2018 02:03:32

Maraqlı

Tanınmış jurnalist Ağanisə Sultanovanın ailəsinin evində oğurluq hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yanvarın 30-da axşam saatlarında olub.

Evdən jurnalistə məxsus pul və qızıl əşyaları oğurlanıb. Bu barədə A. Sultanova Feysbuk hesabında bildirib.

“Bu gün saat 8-ə işləyəndə evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi. Poilslər gələndən sonra qapı açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət əşyası taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi. 

Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyatərindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Məni bütün maddi ziyanlardan çox hər dəfə aldığım mənəvi zərbələr ağırıdır”.

Qeyd edək ki, uzun müddət “Xalq” qəzetində çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib. Ona 2013-cü ildə prezident İlham Əliyev tərəfindən jurnalistlərin binasından ev verilib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib