Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14731-.html

Ərini öldürən qadın 2 ildən sonra sərbəst buraxıldı

31.01.2018 11:05:45

Hadisə

Ərini öldürməkdə təqsirləndirilən və bəraət hökmü alan 27 yaşlı Gülər Mirzəyevanın barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

G.Mirzəyeva adam öldürməkdə deyil, sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilib. Ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyevanın ittihamı ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib və ona 1 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. G.Mirzəyeva həmin müddəti həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Prokuror və mərhum Ş.Babayevin nümayəndəsi cəzanın ağırlaşdırılması üçün apellyasiya məhkəməsinə müraciət ediblər.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə keçirilən proses hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib