Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14733-.html

50 milyon siçan Tehranı işğal etdi: insan və pişiklərdən qorxmurlar!

31.01.2018 11:29:19

Dünya

İranın paytaxtı Tehran şəhərində siçanların sayı 50 milyonu keçib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu problem Tehranda baş vermiş zəlzələlərdən sonra ortaya çıxıb. Siçanların sayının artması Tehranda havanın çirkliliyindən sonra ikinci ən böyük problem hesab edilir.
Tehran şəhər bələdiyyəsinin verdiyi məlumatda bildirilir ki, növ olaraq bunlar Norveç siçanlarıdır. Mütəxəssislər siçanların sayının azaldılması istiqamətində atılan addımların effektiv olmadığını bildirirlər. Onlar siçanların təkamül keçdiyini, insanlardan və pişiklərdən qorxmadıqları, bu səbbədən də qaçmadıqlarını qeyd ediblər.
Siçanlarının sayının çoxalmasına isə şəhərin olduqca zibilli olması səbəb olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib