Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14735-.html

Ziya Məmmədovun qardaşı oğluna 100 min “atan”a 6.6 il həbs verildi

31.01.2018 14:01:46

İqtisadiyyat

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna 100 min “atmaqda” təqsirləndirilən Sənan Cəfərova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, S.Cəfərov sərnişin daşıması ilə məşğul olan “M-Trans” MMC şirkətində işləyib və 30 saylı marşrut xəttinə nəzarət edib. Bu şirkət isə Z.Məmmədovun qohumu Rövşən Məmmədova məxsus olub. Həmin marşrutun avtobus sürücüləri əmək haqlarını ala bilmədikləri üçün aksiya keçiriblər. R.Məmmədov bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edərək 100 min manatdan çox pulunun mənimsənildiyini bildirib. S.Cəfərov mənimsəmədə ittiham edilərək həbs edilib.

Qeyd edək ki, R. Məmmədov keçmiş nazir Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğludur. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib