Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14738-.html

Müsavat Novxanıda aksiya keçirdi

31.01.2018 16:49:43

Cəmiyyət

Bu gün Müsavat Partiyasının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə aksiya keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, partiyanın sosial  səhifəsində yayılan məlumatlarda qeyd olunur ki, tərəfdarlar Novxanı kəndinin girişindən abidənin önünə kimi yürüş ediblər. Yürüş zamanı onlar  “Müsavat”, “Rəsulzadə”, “Qarabağ”  kimi şüarlar səsləndiriblər.

Daha sonra abidənin önünə əklil qoyublar.

Müsavat başqanı Arif Hacılı və digər çıxışçılar  Rəsulzadə ilə bağlı fikirlərini bölüşüblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib