Dərc edilib: 31-01-2018

https://www.nuh.az/14741-.html

Əməkdaşlıq Mərkəzi Türkiyəni dəstəkləyir

31.01.2018 23:22:05

Hadisə

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib.

Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib. 24 yanvar 2018-ci ildə keçirilən Qarabağ Forumunun nəticələrini müzakirə edən Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi yığıncaqda səslənən təklifləri nəzərə alaraq bu istiqamətdə fəaliyyətləri davam etdirmək barədə qərar qəbul edib. Əməkdaşlıq Mərkəzi Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatını dəstəklədiyini bildirib. Əməkdaşlıq Mərkəzinin üzvləri M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib. Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib