Dərc edilib: 01-02-2018

https://www.nuh.az/14755-.html

Azərbaycanda orta məktəblərdə neçə müəllim çalışır?

01.02.2018 17:37:49

Mədəniyyət

Bir qrup gənc müəllimlə görüş keçirilib. 
Təhsil Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov görüşdə bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. 
Nazir müavini qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllim işə qəbul olunub və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib: "Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458  müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir”.
Tədbirdə gənc müəllimlər də çıxış ediblər. 
Sonda müəllimlərə "Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib