Dərc edilib: 01-02-2018

https://www.nuh.az/14758-.html

Gənclər günündə “Nar”dan cavanlara “CavanNar” hədiyyəsi

01.02.2018 18:50:34

Günün sitatı

“Nar” Gənclər günündə özünün gənc istifadəçilərini sevindirmək qərarına gəlib. Belə ki, mobil operator bütün “CavanNar” istifadəçilərinə 500 MB internet hədiyyə edəcək. 


NUH.az  xəbər verir ki, hədiyyənin istifadə müddəti 30 gündür. Bonuslar bitdiyi zaman isə hesablama tarifə uyğun şəkildə aparılacaq.

Danışıq dəqiqələri, SMS və internetin gənclər üçün eyni, sərfəli tarifdə toplandığı “CavanNar” təklifinə edilən dəyişikliklərdən sonra “Nar” mobil rabitə bazarında gənclər üçün olduqca sərfəli təklif irəli sürüb. Gənclər bu tarifə qoşulmaqla hər ay şəbəkədaxili 300 dəqiqə, ölkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edirlər. Gənclər çox sərfəli ünsiyyət imkanlarını özündə birləşdirən tarifə cəmi 99 qəpiyə qoşula bilirlər.   

“Nar” tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib