Dərc edilib: 01-02-2018

https://www.nuh.az/14760-.html

İstanbul əhalisinin sayına görə 129 dövləti geridə qoydu

01.02.2018 22:50:39

İqtisadiyyat

Türkiyənin ən çox əhalisi olan şəhəri - İstanbul 15 milyon 29 min 231 sakini ilə 129 ölkəni geridə qoyub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 2017-ci ildə 80 milyon 525 nəfər olan Türkiyə əhalisinin 18,6%-ni İstanbulun əhalisi təşkil edir.

Şəhərin əhalisi 5 ildə 868 min 764 nəfər artıb.

Bu dönəmdə əhalisi 6,1 artaraq 15 milyon 29 min 231 nəfərə yüksələn İstanbul 201 ölkədən 129-nu geridə qoyub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib