Dərc edilib: 01-02-2018

https://www.nuh.az/14762-.html

Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib

01.02.2018 23:41:48

Region

Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfəri başlayıb.
 
 APA-nın   məlumatına görə, Heydər Əliyev Beynəlxalq HavaLimanında qonağı Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.
 
Fevralın 2-dək davam edəcək səfər zamanı N. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində o, Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyini də ziyarət edəcək.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib