Dərc edilib: 02-02-2018

https://www.nuh.az/14764-.html

Rusiya 27 yaşlı azərbaycanlını axtarır - Qanunsuz silahlı birləşmədə iştirak edib+ Foto

02.02.2018 00:16:42

Kriminal

Rusiya hüquq-mühafizə orqanları 27 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.
 
 APA-nın  xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlu qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.
 
A. Muradlı Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib