Dərc edilib: 02-02-2018

https://www.nuh.az/14767-.html

Fidel Kastronun oğlu intihar etdi

02.02.2018 09:34:43

Günün sitatı

Əfsanəvi komminist lider, Kubanın keçmiş prezidenti Fidel Kastronun oğlu Diaz Balart intihar edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Kubanın dövlət telekanalı yayıb. Xəbərdə bildirilib ki, Diaz Balartın cəsədi Havannadakı evində tapılıb. O, son vaxtlar depressiyadan əziyyət çəkirmiş və müalicə alırmış. Onun 68 yaşı olub.

Diaz Balartın necə intihar etdiyi açıqlanmayıb. 

O, ixtisasca nüvə üzrə fizik olub və Sovet İttifaqı dönəmində Rusiyada təhsil alıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib