Dərc edilib: 02-02-2018

https://www.nuh.az/14772-.html

Palmali xəbəri təkzib etdi

02.02.2018 15:14:41

Cəmiyyət

Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb. 

 Lent.az  xəbər verir ki, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.
 
Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.
 
Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.

***

Palmali” şirkətlərinin qrupundan isə məsələ ilə bağlı Lent.az-a bildirilib ki, qurumun Bakıda yerləşən obyektlərini satışa çıxarması barədə iddialar həqiqəti əks etdirmir: “Az qala üç ilə yaxındır, ara-sıra dövri mətbuatda bu tip xəbərlər yer alsa da, göstərilən mülklər sahibini dəyişməyib.

Məlumatda bildirilir ki, məlum olduğu kimi, şirkətin Bakı şəhərinin müxtəlif yerlərində ofis binaları mövcuddur: “Bu gün şirkətin Bakı nümayəndəliyi İçərişəhərdə yerləşən ofisdə fəaliyyət göstərir. Digər ofislər isə sadəcə hazırda boş olaraq qalmaqdadır. Görünür, ofislərin boş olması bu kimi söhbətlərə yol açır”.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib