Dərc edilib: 02-02-2018

https://www.nuh.az/14778-.html

Lola Kərimova UNESCO-dakı səfir postunu tərk edir

02.02.2018 18:23:47

Dünya

Özbəkistanın eks-prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva ölkəsinin UNESCO-dakı səfiri postunu tərk edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Lola Kərimova özünün feysbuk hesabında yazıb:

“Bu gün mənim Özbəkistanın UNESCO-dakı səfiri postunda sonuncu iş günümdür. Diplomat kimi 10 illik iş təcrübəm həyatımın vacib hissəsi olub”. 

Kərimovanın sözlərinə görə, bundan sonra mədəniyyət, təhsil, elm və ekologiya sferalarında layihələrinin həyata keçirilməsinə dair işlərini davam etdirəcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib