Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14785-.html

Deputatlar Strasburqa gedir

03.02.2018 09:16:35

Maraqlı

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.
 
Səfər fevralın 9-da başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib