Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14786-.html

52 il öncə itkin düşən uşaqlar axtarılır

03.02.2018 09:24:48

Kriminal

Avstraliya polisi 52 il əvvəl itkin düşmüş 3 uşağı tapmaq üçün qazıntı işlərinə start verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1966-cı ildə Cənubi Avstraliyanın Adelayda şəhərində yerləşən Qlenelq plyajına gedən 9 yaşlı Ceyn, 7 yaşlı Arnna və 4 yaşlı Qrant Boumant evə qayıdarkən itkin düşüb. Daha sonra axtarış aparılsa da, hadisə barədə heç bir fakt tapılmayıb. Uşaqların itməsində şübhəli hesab olunan Harri Fips 2004-cü ildə dünyasını dəyişib, lakin 2013-cü ildə ona aid sahədə qazıntı işləri aparılıb və heç nə tapılmayıb. Hazırda bu yerin fərqli hissəsində axtarış prosesi aparılır.
Uşaqların valideynləri olan Cim və Nensi Boumant sağdır və polis onların psixoloji vəziyyətini nəzərə alaraq tədqiqata həssas yanaşır.
Qeyd edək ki, hadisə barədə ciddi məlumat verən şəxsə 1 milyon Avstraliya dolları mükafat vəd edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib