Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14788-.html

Amaşovun adından saxta vəsiqə payladılar - Foto

03.02.2018 13:04:54

Müsahibə

Mətbuat Şurasının sədri Əflatun Amaşovun adından saxta vəsiqələr hazırlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şuranın üzvü Əvəz Rüstəmov sosial şəbəkədə məlumat paylaşıb. Vəsiqələrdə qaynar-xett.az saytının əməkdaşları kimi Fəxrəddin Rzayevin, Zərifə Mirzəyevanın adları qeyd olunub. 

Bundan əlavə MŞ sədrinin adından da vəsiqələrə saxta imza atılıb. Bu məsələyə görə həmin sənədi düzəldənlərin qanun qarşısında cavab verəcəkləri bildirilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib