Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14793-.html

Rəmişin arvadı: Boşansa onu evdən lüt göndərəcəm

03.02.2018 15:06:29

Maqazin

 

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım maraqlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, o, "Səhər-səhər” verilişində deyib ki, Rəmişin qohumları onu boşamasını və mal-mülkünə sahib olmaq istəyirlər:
"Onun hər şeyinə göz qoyublar. İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir”.
Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib:
"Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib