Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14794-.html

Böyük Britaniyada cinçıxarma ayini (VİDEO)

03.02.2018 16:15:07

Region

Britaniya mətbuatı Şeffild şəhərindəki məscidlərin birində baş tutan cinçıxarma ayininin görüntülərini yayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ingilisləri təəccübləndirən bu tip ayinlərin ölkənin hər tərəfinə yayıldığı bildirilib.
Görüntülərdə mikrofonla ayini icra edən axund Eyyub Tayeb 29 yaşlı qadının bədənindən cin çıxardığını iddia edir. O, bu yolla dinin yaxşı tərəflərini göstərməyə çalışdığını və yalnız müsəlmanları deyil, başqa dinə inananları da müalicə etdiyini deyir. 
Axund hər il təxminən 1000 ayin gerçəkləşdirdiyini bildirib.
 
Sözügedən videonu sizlərə təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib