Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14795-.html

Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədri kim olacaq?

03.02.2018 17:31:09

Günün sitatı

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Qurultayı keçiriləcək.
 
ölkə.az-ın  məlumatına görə, qurultay zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçiləcək.
Tədbirdə Azərbaycanın hökumət və dövlət rəsmiləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edəcəklər. 
Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  1998, 2003, 2008 və 2013-cü illərdə keçirilən I, II, III və IV qurultaylarında Səttar Möhbalıyev qurumun sədri seçilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib