Dərc edilib: 05-02-2018

https://www.nuh.az/14813-.html

Nazir müavini işdən çıxarıldı: Prezidentdən yeni təyinatlar (FOTOLAR)

05.02.2018 18:28:16

Günün sitatı
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.
NUH.az   APA-ya istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.
Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib