Dərc edilib: 05-02-2018

https://www.nuh.az/14816-.html

Nadir Qafarzadənin bacısı yol kənarında çörək satır – VIDEO+FOTO

05.02.2018 23:46:32

Maqazin

“Zəhmətkeş ulduzlar” verilişində maraqlı məlumat ortaya çıxıb.

Turkustan.İnfo xəbər verir ki, hər buraxlışında müxtəlif regiona səfər edən veriliş heyəti bu dəfə yolunu Xızı rayonundan salıb.

Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına “Xala, üzün mənə elə tanış gəlir” deyə müraciət edib.

Beləcə həmin qadının tanınmış müğənni Nadir Qafarzadənin böyük bacısı olduğu ortaya çıxıb.

Verilişdən sözügedən kadrları aşağıdakı videoda izləyə bilərsiniz:

 

Nadir Qafarzadənin bacısı yol kənarında çörək satır – VIDEO+FOTO

NUH informasiya agentliyi səhifəsindən çap edilib