Dərc edilib: 05-02-2018

https://www.nuh.az/14817-.html

Növbədənkənar seçkilərin çağırılmasına əsas verən halların heç biri Azərbaycanda mövcud deyil

05.02.2018 23:56:25

Reportaj

“Növbədənkənar seçkilərin çağırılmasına əsas verən halların heç biri Azərbaycanda mövcud deyil.”

Bu haqda saytımıza məlumat verən Ə.Oruc bildirib ki,” Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbədənkənar yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib. Yığıncaqda 11 aprel 2018-ci ildə keçiriləcək prezident seşkiləri ilə bağlı məsələ müzakirə olunub. Siyasi partiyaların Əməkdaşlıq mərkəzi növbədənkənar seçkilərin keçirilməsini tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi, indiki iqtidarın legitimliyi indidən şübhə doğuran yollarla öz hakimiyyətini daha 7 il uzatmaq cəhdi kimi qiymətləndirir. Sivil, demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılmasına əsas verən halların heç biri Azərbaycanda mövcud deyil. Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyalar bu məsələnin müzakirəsi üçün 06 fevral 2018-ci ildə KXCP qərargahında keçiriləcək yığıncaqda iştirak barədə razılığa gəliblər.”

NUH informasiya agentliyi səhifəsindən çap edilib