Dərc edilib: 06-02-2018

https://www.nuh.az/14818-.html

Ərdoğan Papa ilə görüşdü - Fotolar

06.02.2018 00:18:31

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma papası Fransisklə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, 1 saat davam edən görüş zamanı ABŞ-ın Qüds qərarı və beynəlxalq hüquq tərəfindən müəyyən edilən mövcud statusun qorunması üçün cəhdlərin davam etməsinin vacibliyi bildirilib.

Bundan başqa, islamafobiya ilə birgə mübarizə yolları, dinləri terrorla əlaqələndirməyin yanlış olması məsələləri də müzakirə edilib.

Görüşdən sonra Ərdoğan Fransiskə İstanbulu 24 hissədə təsvir edən miniatur İznik çinisi və Məsnəvinin italyanca və ingiliscə çap olunmuş nüsxələrini həddiyə verib. Papa isə sülhü xarakterizə edən medal təqdim edib.

Türkiyə prezidenti daha sonra Vatikan dövlət katibi kardinal Pyetro Parolinlə görüşüb. Ərdoğanın İtaliya prezidenti Serxio Mattarella və Baş nazir Paolo Centiloni ilə də görüşləri nəzərdə tutulub.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib