Dərc edilib: 06-02-2018

https://www.nuh.az/14827-.html

Prezident Cəlilabada icra başçısı təyin etdi – RƏİS MÜAVİNİ

06.02.2018 17:43:40

Siyasət

Prezident İlham Əliyev Cəlilabad rayonuna icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, N.Zeynalov bu vəzifəyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib