Dərc edilib: 06-02-2018

https://www.nuh.az/14831-.html

Antalyada nə qədər azərbaycanlı yaşayır?

06.02.2018 19:24:54

Maqazin

Hər il 10 milyondan çox turist qəbul edən Türkiyənin Antalya bölgəsində 57 min nəfərdən çox əcnəbi yaşayır. Qonşu ölkədə yaşayan əcnəbilərin 3 min 52 nəfəri isə azərbaycanlıdır.
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mənbənin yazdığına görə, Antalyada yaşayanların əksəriyyəti Rusiya (8 min nəfər) və Almaniya (5 min nəfər) vətəndaşlarıdır. Növbəti yerlərdə isə Qırğızıstan və Ukrayna gəlir. Azərbaycan isə bu siyahıda 7-ci yerdədir, Antalyada yaşayan azərbaycanlıların sayı 3 min 52 nəfərdir.
Antalyada yaşayan yüzdən artıq ölkə vətəndaşının burada ən çox turizm sektorunda çalışdığı bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib