Dərc edilib: 07-02-2018

https://www.nuh.az/14833-.html

Çin müsəlmanları yenidən düşərgələrə göndərir

07.02.2018 11:32:33

Dünya

Çin rəhbərliyinin müsəlmanlara zülmü davam edir.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, Çinin Sincan Uyğur Muxtar Vilayətində yaşayan minlərlə uyğur müsəlman “siyasi təhsil” düşərgələrinə göndərilib.

Fəalların sözlərinə görə, bu cür düşərgələrdə olan müsəlmanların dəqiq sayı məlum deyil. “Radio Free Asia”ya görə, bu rəqəm 120 minə çatacaq.

Qeyd edək ki, Çinin yenidən təhsil düşərgələri mədəni inqilab zamanı yaranıb. Müsəlmanlar burada ağır iş görməyə məcbur ediliblər və işgəncələrə məruz qalıblar.

CNN-in yazdığına görə, düşərgələrdə işgəncə tətbiq olunmur, lakin orada insanların “beyni yuyulur”, həmçinin siyasi təzyiqlər göstərilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib