Dərc edilib: 07-02-2018

https://www.nuh.az/14839-.html

Zaqatalada traktor 8 yaşlı şagirdi vurub öldürdü

07.02.2018 15:58:02

Kriminal

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.


NUH.az   APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib