Dərc edilib: 08-02-2018

https://www.nuh.az/14847-.html

İlham Əliyev YAP-ın namizədi oldu

08.02.2018 12:21:36

Siyasət

Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyev namizədliyi irəli sürülüb.


“Qafqazinfo” xəbər verir ki, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib. 

Qərar yekdilliklə qəbul olunub.

YAP-ın sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib

NUH informasiya agentliyi səhifəsindən çap edilib