Dərc edilib: 08-02-2018

https://www.nuh.az/14853-.html

Cərimə meydançasında sürücüdən əlavə pul alındı – SƏS YAZISI YAYILDI

08.02.2018 15:38:48

Maraqlı

Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançasında baş verən xoşagəlməz halla bağlı Kivnews.com-a səs yazısı daxil olub.

17 saylı cərimə meydançasıda qeyd olunduğu bildirilən səs yazısında avtomobilini dayanacaqdan çıxarmaq istəyən vətəndaşla cərimə meydançasının işçiləri arasında narazılıq yaşanır. Səs yazısından başa düşülür ki, 2 gün avtomobilin cərimə meydançasında saxlanılmasına görə vətəndaşdan 5 manat pul tələb olunur. Sürücü isə bunun qanunsuz olduğunu bildirsə də, cərimə meydançasına nəzarət edən şəxslər 5 manat verilməyəcəksə, avtomobili buraxmayacaqlarını qeyd edirlər.

Qeyd edək ki, Tarif Şurasın 2016-ci il qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.

Bildirək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin (İLİİ) rəisi polis polkovnik-leytenantı Mahir Məmmədyarovdur. Ümid edirik ki, bu kimi hallara qarşı mübarizə aparılar. Çünki dayanacağa gətirilmiş hər nəqliyyat vasitəsinə görə sürücüdən əlavə pulun alınmasının illik məbləğini hesablasaq böyük vəsaitdən söhbət getdiyini görə bilərik. Təəssüf ki, bu pullar büdcəyə deyil, kimlərinsə cibinə getdiyindən buna qarşı sərt tədbir görülməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib