Dərc edilib: 08-02-2018

https://www.nuh.az/14855-.html

Yeni doğulan körpəni küçəyə atdılar - Bərdədə dəhşətli görüntü

08.02.2018 18:09:40

Region

Bərdədə yol kənarında yeni doğulan körpə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun İmirli kəndində baş verib.

Uşağın 7 aylıq doğulduğu bildirilib. Kənd sakinlərinin sözlərinə görə, körpəni xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib