Dərc edilib: 08-02-2018

https://www.nuh.az/14857-.html

Azərbaycanda növbədənkənar prezident seçkilərinə Rusiyadan reaksiya

08.02.2018 18:43:50

Dünya

"Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”.

NUH.az  APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovakeçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.
M. Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir: "Azərbaycan hökuməti də bunu artıq şərh edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib