Dərc edilib: 09-02-2018

https://www.nuh.az/14859-.html

Putinə qarşı 7 nəfər... - Siyahı

09.02.2018 00:21:42

Region

Rusiyada 18 martda keçiriləcək prezident seçkilərində Vladimir Putinin rəqibləri dəqiqləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası gələn ay keçiriləcək prezident seçkisinə qatılacaq namizədlərin qeydiyyat prosesinin başa çatdığını bildirib.

Məlumata görə, seçkilərdə yeganə müstəqil namizəd V.Putin, müxtəlif partiyalardan isə 7 namizədin adı var.

Namizədlər bunlardır:

- Vladimir Putin – müstəqil namizəd,

- Vladimir Jirinovski - Rusiya Liberal Demokratik Partiyası,

- Pavel Qrudinin - Kommunist Partiyası,

- Qriqori Yavlinski - Yabloko Partiyası,

- Boris Titov - İnkişaf Partiyası,

- Sergey Baburin - Rusiya Xalq Şurası Partiyası,

- Maksim Suraikin - Rusiya Kommunistləri Partiyası,

- Kseniya Sobçak - Vətəndaş Təşəbbüsü Partiyası.

Rusiyada keçirilən son ictimai sorğuya görə, Putinin seçkilərdə səs qazanma şansı daha çoxdur, ondan sonra P.Qrudinin və V.Jirinovski gəlir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib