Dərc edilib: 09-02-2018

https://www.nuh.az/14862-.html

Evdə it saxlamaq günah deyil

09.02.2018 01:01:28

İdman

Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar. Ancaq müsəlmanlar arasında bununla bağlı ziddiyyətli fikirlər mövcuddur.

 NUH.az  Sputnik Azərbaycan-a istinadən bildirir ki, teoloq Elşad Mirinin dediyinə görə, bu məsələ ilə bağlı uydurma rəvayətlər var: "Rəvayətlərdə bildirirlər ki, qara itlər və şeytan öldürülməlidir. Amma konkret olaraq Qurani-Kərimdə belə bir hökm yoxdur. Sadəcə tibbi yönümdən baxanda, bu cür yanaşmaq olar ki, it olan ev sakinlərində bəzi xəstəliklər ola bilər. Məsələn, qadınlarda toksoplazma virusu aşkarlana bilər. Amma burada günah olan heç nə yoxdur".
"Allahın yaratdığını bu cür təqdim etmək, haram olduğunu demək doğru deyil. Belə bir qadağa yoxdur, bunlar sonradan düşünülmüş məsələlərdir", - deyə teoloq bildirir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib