Dərc edilib: 09-02-2018

https://www.nuh.az/14864-.html

İsrail Livanla sərhədə divar çəkir

09.02.2018 10:26:48

Dünya

İsrail hökuməti Livanın etirazına baxmayaraq iki ölkə arasındakı sərhədə divar inşa edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün divarın artıq 100 metri çəkilib.

Livan rəsmiləri İsraili bu addımdan əl çəkməyə, əks təqdirdə silaha əl atılacağı barədə xəbərdarlıq veriblər.

Xəbərdarlığa baxmayaraq İsrail geri addım atmaq niyyətində görünmür.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib