Dərc edilib: 09-02-2018

https://www.nuh.az/14866-.html

Dərbəndin başçısı FTX tərəfindən saxlanıldı

09.02.2018 10:49:57

Günün sitatı

Rusiyanın Dərbənd rayonunun başçısı Maqomed Cəlilov saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, rayon rəhbərini Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları həbs edib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Maqomed Cəlilov FTX-də dindirilib və sərbəst buraxılıb. Dərbənd rəhbəri torpaq sahələrinin satışındakı maxinasiyalarda ittiham olunur. Bundan əvvəl onun qardaşı, Dərbənd Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib