Dərc edilib: 09-02-2018

https://www.nuh.az/14873-.html

Mənsimovdan İlham Əliyevə 11 Aprel dəstəyi

09.02.2018 16:25:01

Cəmiyyət

Aprelin 11-də  prezident seçkisinin  keçirilməsi  çox  düzgün seçimdir.

 

NUH.az   xəbər verir ki, bu fikirləri   Türkiyənin nüfuzlu “Habertürk” nəşrinə “Palmali” şirkətlər qrupunun sahibi   Mübariz Mənsimov  deyib.

Azərbaycan üçün önəmli  olan  Rusiyada da oxşar bir seçkinin olacağını, Türkiyədə də gələn il seçkilərin keçiriləcəyini xatırladan iş adamı Mənsimov ölkəmizdəki seçkilərin aprelin 11-də keçirilməsi qərarının bölgədəki  siyasi  proseslərlə uyğun olduğunu bildirib.

Ölkə başçısı İlham Əliyevin hakimiyyətə gəldiyi gündən Azərbaycanı yeritdiyi uğurlu daxili, xarici, həm də iqtisadi siyasətlə inkişafa  apardığını vurğulayan Mənsimov bildirib:

“Hazırda  dünyada  baş verən  iqtisadi  problemlərə  baxmayaraq, Azərbaycanda valyuta  etiyyatları  sabit şəkildə artır. Bu çox vacib məsələdir.  Mən öncə də  demişdim, əslində, bir iş adamının siyasət barədə fikir  yürütməsi  uyğun deyil. Ancaq mənim bir səsim var. Hər zaman olduğu kimi, hər bir Azərbaycan vətəndaşı kimi seçkilərdə iştirak edib səsimi İlham Əliyevə verəcəyəm. Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq münasibətlərinin də bu seçkilərdən daha da güclənərək çıxacağı fikrindəyəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib