Dərc edilib: 11-02-2018

https://www.nuh.az/14890-.html

Prezident Həsən Ruhanini təbrik etdi

11.02.2018 02:05:18

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı- İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanlayıb.
 
“Qafqazinfo”nun xəbərinə görə, təbrikdə deyilir:

“Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.
 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib