Dərc edilib: 11-02-2018

https://www.nuh.az/14895-.html

Həcc ziyarətinə sənəd qəbulu başlayır: Ziyarətin qiyməti nə qədərdir?

11.02.2018 14:35:17

Günün sitatı

Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.
NUH.az  APA-ya istinadən xəbər verir ki, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin  qiyməti 4150 dollardır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib