Dərc edilib: 11-02-2018

https://www.nuh.az/14900-.html

Moskvada 71 nəfərin olduğu təyyarə qəzaya uğradı: sağ qalan yoxdur

11.02.2018 23:43:10

Region

Qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.
Qaynarinfo TACC agentliyinə istinadən xəbər verir ki, "An-148" təyyarəsində sağ qalanlar yoxdur.
 
***
16.35
 
Rusiyaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, Moskvanın Domodedovo hava limanından qalxan və içində 71 nəfərin olduğu Saratov hava yollarına məxsus "An-148" təyyarəsi radarlardan itib.
Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb. Hadisə şahidləri "An-148"in yana-yana yerə endiyini bildiriblər. Təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü var.
 
Təyyarənin qalıqları səmadan Moskva ətrafında - Ramensk rayonunun Arqunovo kəndi ərazisində aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib