Dərc edilib: 12-02-2018

https://www.nuh.az/14903-.html

Qeyri-adi üslub: Rəsm əsəri deyil, geyimdir (VİDEO)

12.02.2018 01:01:57

Maqazin
Azərbaycanlı gənc rəssam-modelyor qeyri adi üslubda geyim hazırlayıb. Üzərində milli atributlarımızın da yer aldığı geyim öz unikallığı ilə seçilir. Belə ki, geyimi kətan parça üzərinə yağlı boya ilə çəkilmiş xüsusi rəsmlər bəzəyir. Müəllifin iddialarına görə bu dünyada bir ilkdir.
 "Xəzər TV"  xəbər verir ki, qız qalası, 3 rəngli bayrağımız, milli musiqi alətlərimiz və ölkəmizi əks etdirən digər atributlar.
İlk baxışdan bu görüntülər kətan üzərində çəkilmiş bir rəsm əsərini xatırlatsa da, əslində isə geyimdir.
Rəssam-modelyer Lalə Quliyevanın ərsəyə gətirdiyi bu libasın üzərindəki rəsm əsərləri yağlı boya ilə, kətan parçanın üzərinə çəkilib. Adi parçada bu rəsimləri çəkib geyim hazırlamaq asan olsa da, kətan üzərində bunu etmək çətin proses hesab edilir. Müəllifin sözlərinə görə, məhz bu orijinallığına görə, hazırladığı libas dünyada bir ilkdir.
Lalə Quliyeva hazırladığı bir neçə belə xüsusi seçilən işə görə mükafatlar da alıb. Lakin son hazırladığı geyim görənləri daha çox təəccübləndirib.
Qeyri adiliyi ilə seçilən geyimə böyük maraq olsa da, müəllif hazırda onu satmağı düşünmür.
Lalə Quliyeva fərqli üslubda hazırlanan geyimə bir ay vaxt sərf edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib