Dərc edilib: 12-02-2018

https://www.nuh.az/14908-.html

Zeynəb Xanlarovanın mahnısını oğurladılar

12.02.2018 10:06:31

Mədəniyyət

Həmişə Azərbaycan xalq mahnıları ilə gündəmə gələn erməni müğənnisi Hayko Spitaklı bu dəfə də öz əməlindən əl çəkməyib.

“Qafqazinfo” xəbər verir ki, bu günlərdə o sosial şəbəkədə “Yeni erməni xiti” başlığı ilə “Qarun, qarun” mahnısını təqdim edib.

Amma bu Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın məşhur “Qal sənə qurban” mahnısının musiqisinin eynidir. Sözləri Mikayıl Müşfiq, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur.  

Hər iki mahnını təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib