Dərc edilib: 12-02-2018

https://www.nuh.az/14910-.html

Elman Rüstəmov faizləri aşağı saldı

12.02.2018 13:07:33

İqtisadiyyat

Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş  mətbuat konfransı keçirir.

"Qafqazinfo" xəbər verir ki, E. Rüstəmov  bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub.

2017-ci ilə nəzər salan baş bankir  qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb:

"Bu illər ərzində ölkədə 100 milyondan çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin  5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib.  Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması  nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır".

MB sədri qeyd edib ki, bu gün keçirilən iclasda uçot dərəcəsinin 15%-dən  13%-ə , faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə , aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

***

"Biz tam əminik  ki, makroiqtisdi sabitliyin tam təmin olunması üzən məzənnə rejimimdə mümkündür. Bizim tam üzən məzənnəyə keçmək üçün bir sıra amillərimiz  var".

"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında  deyib. O bildirib ki, valyuta transferlərinin həcmi dayanıqlı formada olmalıdır.  Bu dayanıqlıq yeni büdcə qaydalarına əsasında mümkündür.  Biz bazara valyuta buraxılışının həcmini tam təmin edirik.  Biz üzən məzənnə rejiminə sadiqik. Məqsədimiz bütövlükdə valyuta bazarında vəziyyətin sabitləşməsidir. Biz bütovlükədə yeni fiskal siyasətə keçəcəyik. Bizim bazara əhəmiyyətli müdaxiləmiz yoxdur".

Mərkəzi Bankın ehtiyatlarının artmasına toxunan sədr qeyd edib ki, ehtiyatların artması bankların MB-ya borcunun qaytarması nəticəsində mümkün olub: "Biz qaydalı monetar  və fiskal siyasətə keçəcəyik. Qeyd edim ki,  problemli kreditlər Maliyyə Sabitliyi Şurasının tam diqqətində olan məsələdir. Biz kursu hədəfləmək rejimində deyilik. Biz daha az volatilli kurs təmin etmək niyyətindəyik. Sabit kurs məsələsi artıq keçmişdə qaldı. İqtisadiyyatı neftdən asılı olan ölkələr sabit kurs siyasətini təmin edirlər. Biz çalışmalıyıq ki, investorlar orta və uzun müddətli biznes siyasəti qursunlar. Biz monetar siyasəti yumşaltmağa doğru gedirik. Bütövlükdə real faiz dərəcələrinin müsbət zonada olmasını təmin etməliyik.  Əmanətlər üzrə faiz dərəcələr tələb və təklif əsasında formalaşır. Bank əmanəti cəlb etməkdə maraqlı  deyil.

Kreditlərə olan təlabat yüksəlməlidir ki, banklar da əlavə əmanət cəlb etməyə maraqlı olsun. Bizim məqsədimiz kreditləşmənin aktivliyini yenidən təmim etməkdir. Qorunan əmanətlərin uçot dərəcələri sinxronlaşdırılıb. Faiz dərəcələrinin aşağı düşməsi kreditləşmənin aktivliyini bəyan edən amil olacaq. İlin sonuna valyuta ehtiyatlarımız artacaq. Tədiyyə balansının müsbət olacağı gözlənilir. Buna görə də ehtiyatlarımızın artması gözlənilir. İlin əvvəlindən yeni neft bonusları alırıq. Burada neft amili əsasdır. Yüksək inflaysiya dövründə pul kütləsinin hədəflənməsi rejimində idik. Bu gün artıq pul siyasətinin yumşaldılması istiqamətində qərar qəbul  etdik. Biz əvvəlki illərə nisbətən not hərracları məsələsində diqqətli olmalıyıq. Banklarda likvidlik bu gün də  var. Bu məsələlərə sistemli və kompleks şəklində baxmalıyıq. Dövriyyədə ən çox artan dəmir manatlar olub. Banklar bu pulları iqtisadiyyata çatdırmaq üçün tənbəllik edir. Biz ticarət sistemi olan təşkilatlarla işləyirik. Bizim əlavə sifarişlərimiz də var. İqtisadiyyat tələb edirsə biz bunu etməliyik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib