Dərc edilib: 12-02-2018

https://www.nuh.az/14913-.html

Gülər Əhmədova intim videodan danışdı: “O videoda zorlama yoxdur, ailələr isə 30 ildir ki, dostdur”

12.02.2018 14:08:55

Müsahibə

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində təhsil alan iki şagirdin  intim münasibətinin videosu yayılması ətrafında müzakirələr səngimir. Sabiq milət vəkili Gülər Əhmədova bu mövzu ilə bağlı  Azinforum.az saytında yayımlanan bir yazı ətrafında gedən müzakirələr zamanı maraqlı fikir səsləndirib. Mövzunun aktualığını və Gülər xanımın fikirlərindəki informasiya yükünü nəzərə almaqla, həmin yanaşmanı təqdim edirik:

“Bu məsələ geniş ictimai məsələ deyil.  Bunu valideynlər öz aralarında həll etməlidir. O videoda zorlama yoxdur. Qız oglana öz məhəbbətini izhar edir. Ailələr isə 30 ildir ki dostdur. Bir də,  hay-haray salanlar iki məsələni nəzərə alsınlar. Romeo və Jülyettanın neçə yaşı var idi ? İkincisi,  “Xentay Yaoy” cizgi filminə   baxan uşaqlarınızdan xəbəriniz varmı? Leyli və Məcnun məktəbdə sevgili olmamışdılarmı ? Həımin məktəbin kollektivi UNESKO-nun siyahısına düşən məktəblərdəndir və məlum video məqsədli şəkildə pedaqoji kollektivi gözdən salmaq üçün də yayıla bilər. Məsuliyyət öz qızını həmin oglana tapşıran anaya düşür. Uşaqların hər ikisi yaradıcı gənclərdir. Vokalla xarici dillərlə məşguldur ictimaiyyət üçün ziyanlı şəxslər deyil. Mən bu videonu yayan şəxsin hələ də məsuliyyətdən kənar qalmasına üzülürəm. Bu qədər”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib