Dərc edilib: 14-02-2018

https://www.nuh.az/14948-.html

Əhmədinejad ölkə rəhbərliyinə qarşı - “Səsini çıxaran kimi həbsə atırlar”

14.02.2018 23:15:45

Dünya

İranın eks-prezidenti Mahmud Əhmədinejad ölkə başçısı və ali dini liderin siyasətini sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Əhmədinejad həbsxanalarda baş verən ölüm hallarını pisləyib:

“Yoxsulluğa görə ailəsindən utanan bir adam səsini çıxaran kimi saxlanılıb həbsə atılır. İnsanları laqeydcəsinə həbs edirlər. Daha sonra cənazəsini ailəsinə təslim edirlər. Sonra isə “narkotik aludəçisi idi, intihar etdi” deyirlər. Rəhbər (ali dini lider Əli Xameneyi) belə məhkəmə qərarından məsul olmadığını söyləyir.

Dövlət və hökumət tərəfindən əzilən biri nə etməlidir? Dünyanın harasında zülm sonsuza qədər davam etdi ki, burada da etsin?”. 

Qeyd edək ki, ölkədə ötən ay “cəsusluq” ittihamı ilə həbs edilən İran əsilli Kanada vətəndaşı Kavus Seyyidin Tehran həbsxanasında intihar etdiyi açıqlanmışdı. 

Bundan başqa, Əhmədinejatın prezidentliyi dövründə yardımçısı olaraq çalışan Hamid Bakayi korrupsiyada itttiham olunaraq 63 il həbs cəzasına məhkum edilmişdi. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib