Dərc edilib: 15-02-2018

https://www.nuh.az/14955-.html

“Bu, tərbiyəsizlikdir...” - Anar

15.02.2018 10:30:16

Cəmiyyət

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar onun kitablarının yandırılması ilə bağlı bir qrup gəncin kampaniya başlatmaq çağırışına reaksiya verib.

Anar Gununsesi.info-ya açıqlamasında kitablarının yandırlmasını pis hərəkət kimi dəyərləndirib: “Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırıdı, sonu isə bəlli oldu”. Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: “Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib