Dərc edilib: 15-02-2018

https://www.nuh.az/14958-.html

Ramiz Mirzəyevin oğlu qəzada həlak oldu

15.02.2018 13:15:38

İdman

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında həlak olub.


 olimpsport.az   xəbər verir ki, Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdur.

***

1985-ci il təvəllüdlü Anar Mirzəyev Sabirabad rayonunda “Jeep” markalı maşında kanala düşüb. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib