Dərc edilib: 15-02-2018

https://www.nuh.az/14960-.html

Bakıda gənc qızı qatarın küləyi ölümcül yaraladı

15.02.2018 14:10:17

Reportaj

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb. 

 

Məlumata görə, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

 

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır./Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib