Dərc edilib: 16-02-2018

https://www.nuh.az/14969-.html

Ərdoğanın Tillersonla 3 saat 15 dəqiqəlik görüşü başa çatdı

16.02.2018 09:45:14

Dünya

Türkiyəyə işgüzar səfərə gedən ABŞ dövlət katibi Reks Tillerson prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 3 saat 15 dəqiqə davam edib.

Qeyd edək ki, Tillerson sabah Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirə aparacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib